Həvəkarlar liqasından milli komandamıza

Həvəkarlar liqasından milli komandamıza
21 yaşadək futbolçulardan ibarət milli komandamıza yeni futbolçu çağırılıb. Fanat.az xəbər verir ki, baş məşqçi Almaniyanın "Hammer SpVg" klubundan Dursun Akdağa dəvət göndərib.
Dursun Akdağ Türkiyə vətəndaşıdı. 1994-cü ilin 19 iyununda dünyaya gələn futbolçu yarımmüdafiəçi mövqeyində çıxış edir. O, əvvəllər "Ayntraxt"ın (Braunşveyq) U-17 komandasında top qovub. Akdağ bu ilin yanvarında da Azərbaycan U-21-nə çağırılmışdı.
Onun çıxış etdiyi "Hammer SpVg" klubu Almaniyanın səviyyəsinə görə 5-ci liqası olan Oberliqada çıxış edir. Komanda 12 turdan sonra 11 xalla turnir cədvəlinin 16-cı pilləsində qərarlaşıb.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər