Gözəl idmançı məşqdə öldü - FOTOLAR

Gözəl idmançı məşqdə öldü - FOTOLAR

Bu ölüm Rusiya idman aləmini şoka salıb. Fanat.az xəbər verir ki, 23 yaşlı rusiyalı tennisçi qəfildən ölüb. 

Violetta Deqtyarevanın vəziyyəti məşq zamanı pisləşib. O ürək çatışmazlığı nəticəsində keçinib. Tennisçinin ölümü barəsində moldovalı rəfiqəsi məlumat yayıb. 

Violetta dünya tennisçilərinin reytinq cədvəlində cütlüklər arasında 952, tək isə 1018-ci yerdə olub. Peşəkar idman karyerasında çıxdığı 532 oyunda 20-dən çox matçı qazanıb. Ötən ilin sonlarından isə nəticələrini daha da yüksəltməyə başlamışdı. 

Qeyd edək ki, dekabr ayında daha bir rus idmançı məşq zamanı keçinmişdi. ÇSKA-nın gənc basketbolçusu Ruslan Qaqloev 17 yaşında idman hərəkətləri yrinə yetirərəkən qəfildən ölüb.//anspress

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər