İsveç çempionatında növbəti turun oyunları keçirilib. Fanat.az xəbər verir ki, Berti Foqtsun Özbəkistanla oyuna dəvət etdiyi Emin Nurinin çıxış etdiyi "Kalmar" AİK-i qəbul edib.
Oyun 1:1 hesabı ilə başa çatıb. Emin start zeyətində yer alıb və 90 dəqiqə oynayıb.
Qeyd edək ki, "Kalmar" 30 turda 39 xal toplayıb və turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb. Emin komandanın çempionatdakı 20 oyununda meydana çıxıb, 1688 dəqiqə oynayıb və 1 qol vurub.
Fanat.az