Foqts ürəyindən əməliyyat olundu

Foqts ürəyindən əməliyyat olundu

Milli komandamızın sabiq baş məşqçisi Berti Foqts ürəyindən əməliyyat olunub. Fanat.az xəbər verir ki, onun ürəyinə süni klapan qoyulub.

Əməliyyatın keçirilməsi əvvəlcədən planlaşdırılıb və hazırda 68 yaşlı mütəxəssis intensiv terapiya şöbəsindədi. Foqtsun bir neçə gündən sonra xəstəxanadan buraxılacağı gözlənilir.

Foqts "Bild" nəşrinə açıqlamasında hazırda özünü yaxşı hiss etdiyini bildirib: "İndi ürəyim çox gözəl çalışır. Son 3-4 ayda bilirdim ki, mənə yeni ürək klapanı lazımdı. Əməliyyata hazır idim". 

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər