Əvvəl Markeviç, sonra Qurbanov

Əvvəl Markeviç, sonra Qurbanov
Avropa Liqasının qrup mərhələsinin IV turunda keçiriləcək "Qarabağ" - "Dnepr" matçından öncə təşkil olunacaq mətbuat konfranslarının və mətbuat üçün açıq məşqin vaxtı açıqlanıb. Fanat.az xəbər verir ki, hər iki mütəxəssisin mətbuat konfransı oyundan bir gün öncə, noyabrın 5-də keçiriləcək.
Media mənsublarının önünə ilk olaraq "Dnepr"in baş məşqçisi Miron Markeviç çıxacaq. O, saat 17.30-da jurnalistlərin suallarını cavablandıracaq. Saat 18.00-da isə Dneprpetrovsk təmsilçisinin oyunöncəsi son məşqi olacaq.
"Qarabağ" baş məşqçisi Qurban Qurbanovun oyunöncəsi mətbuat konfransı 19.00-da baş tutacaq. 19.30-da isə komanda oyunöncəsi sonuncu məşqinə çıxacaq.
Qeyd edək ki, noyabrın 6-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Dnepr" oyunu saat 21.00-da başlayacaq.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər