"Xəzər Lənkəran" Topaz Premyer Liqasının XI turunda "Simurq"u qəbul edəcək. Fanat.az xəbər verir ki, artıq hər iki baş məşqçi start heyətlərini açıqlayıb və hərəsi ötən turla müqayisədə iki dəyişiklik edib.
"Xəzər Lənkəran"ın çalışdırıcısı Oğuz Çətin Aleksandr Şemonayevlə Fernando Qabrieli yenidən ehtiyata göndərib. Əvəzində Vanderson Skarduelli və Rasim Ramaldanov ilk dəqiqələrdən meydana çıxmaq şansı qazanıb.
"Simurq"un baş məşqçisi Georgi Çixradze Stepan Polyakı ehtiyatda saxlayıb, Rüstəm Məmmədovu "18-liy"ə salmayıb. Gürcü mütəxəssis Vüqar Mustafayevlə Benjamin Lambotu ilk dəqiqələrdən meydana buraxmaq qərarına gəlib.
Fanat.az