Ernest Nfor: "Özümü xoşbəxt sayıram" - MÜSAHİBƏ

Ernest Nfor: "Özümü xoşbəxt sayıram" - MÜSAHİBƏ

Topaz Premyer Liqasının hesabat turunda AZAL-la qarşılaşan “Neftçi” böyük hesablı qələbə qazandı. 4:0 hesabı ilə başa çatan matçdan sonra meydan sahiblərinin hücumçusu Ernest Nfor jurnalistlərin suallarını cavablandırıb.

 

- Oyunla bağlı nə deyə bilərsiniz?

- Vacib olan qələbə qazanmaq idi. Nəticədən razı qaldım. Buna görə hətta özümü xoşbəxt sayıram. “Neftçi” növbəti qələbəsini qazanmaqla, həm də turnir cədvəlindəki mövqeyini yaxşılaşdırdı.  

 

- Oyun zamanı maraqlı hadisə baş verdi. Denis Silva qol vursa da, son anda siz topa toxunmaqla ofsaydın qeydə alınmasına səbəb oldunuz. Həmin epizodla bağlı nə deyə bilərsiniz?

- Həmin epizod zamanı fikirləşdim ki, top qapıdan keçməyə bilər. Ona görə də başımla zərbə endirdim.  

 

- Həmin epizod zamanı oyundan kənar vəziyyətdə olduğunuzu bilmirdiniz?

- Əlbəttə, bilmirdim. Fikirləşdim ki, əla vəziyyətdəyəm, topa toxunsam yaxşıdı. Ancaq sonradan bildim ki, səhvim üzündən komandamız qolu qaçırdı. Bu, üzürlü haldı.  

 

- Bu görüşdə oyuna sonradan daxil olan Nikolas Kanales 2 qol vurdu. Bu, sizi narahat etmir?

- Buna görə narahat deyiləm. Vacib olan “Neftçi”nin qələbə qazanmağıdı. Nikolas oyuna sonradan daxil olsa da, yaxşı qoşuldu. Onun 2 qol vurmağı hər kəsi məmnun etdi. Çünki vacib olan “Neftçi”nin qələbəsidi.

 

- Çempionatda uzunmüddətli fasilə yarandı. Növbəti oyununuza təxminən 20 gündən sonra çıxacaqsınız. Bu hal oyununuza mənfi təsir etmir?

- Fikrimcə, ciddi problem olmayacaq. Məşqçi heyəti bizim üçün yaxşı proqram tərtib edəcək. Bu müddət ərzində daha çox fiziki planda çalışmalara üstünlük verəcəyik. Komanda qarşıdakı oyunlara daha yaxşı hazırlaşacaq. Hər bir xal uğrunda mübarizə aparacağıq. Vacib olan mövsümü arzuladığımız pillədə başa vurmaqdı. Bunun üçün çox çalışırıq. Hər şey yaxşı olacaq. (apasport.az)

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər