"Beşiktaş"da maraqlı hadisə baş verib.
Fanat.Az yerli mediaya istinadən xəbər verir ki, futbolçuların pullarını oğurlayan klub əməkdaşı gizli kamera ilə yaxalanıb.
Belə ki, Domaqoy Vida pul qabından tez-tez pullarının əskildiyini başa görüb. Bunu komanda yoldaşları Burak Yılmaz, Necip Uysal və Atibaya danışan xorvat futbolçu keçmişdə bəzi oyunçuların da bu vəziyyətlə üzləşdiyini öyrənib.
Domaqoy Vida oğrunu tapmaq üçün bazadakı otağına iki gizli kamera yerləşdirib. Məşqdən sonra yeni pul qabından oğurluq olduğunu görən xorvat futbolçu kameraya baxaraq oğrunun kimliyini öyrənib.
Məlum olub ki, oğru klub işçilərindən biridi. Həmin şəxs dərhal işdən çıxarılıb. Onunla bağlı polisə şikayət edilib-edilməməsi ilə bağlı qarşıdakı günlərdə qərar veriləcək.
Fanat.Az