Dənizli çempionluq sözü vermədi

Dənizli çempionluq sözü vermədi
"Çempionluqların zamanını demək çətindi. Birinci ildə də ola bilər, ikinci ildə də ola bilər. Bunun üçün strategiya önəmlidi". Fanat.az xəbər verir ki, bu sözləri "Xəzər Lənkəran"ın baş məşqçisi Mustafa Dənizli deyib.
"Mən mövsümün gedişində fəaliyyətə başladım. Üst sıralarda olan rəqiblərlə xal fərqi çoxdu. Biz bütün bu fərqləri aradan qaldırmaq üçün işləməliyik və ən əsası qazanmalıyıq. Biz qışdan sonra hansı işi həyata keçirə biləcəyimizi müəyyən etmiş olarıq. Biz mümkün qədər irəli getməyi qarşımıza məqsəd qoymuşuq. Bu il ilk üçlükdə yer almaq bizim üçün çox böyük uğur ola bilər. Biz kluba keçmiş şöhrətini qaytarmalıyıq. İmkan daxilində avrokuboklara çıxmaq və Azərbaycan kubokunda uğurlu oynamaq. Bu, bizim yaxın gələcəyə tapşırığımızdı".
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər