Cavid İmamverdiyev qələbə qazandı

Cavid İmamverdiyev qələbə qazandı

Türkiyənin PTT 1-ci liqasında VIII turun oyunları keçirilir. Fanat.az xəbər verir ki, Cavid İmamverdiyevin çıxış etdiyi "Elazığspor" "Adana Dəmirspor"u qəbul edib.

Oyun meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Start heyətində yer almayan Cavid 60-cı dəqiqədə ilk qolun müəllifi Murat Tosunu əvəzləyib.

Qeyd edək ki, "Elazığspor" 8 turdan sonra 12 xalla turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər