"Böyük Dəbilqə" bitdi: Azərbaycan neçənci oldu?

"Böyük Dəbilqə" bitdi: Azərbaycan neçənci oldu?

Bakıda cüdo üzrə "Böyük Dəbilqə" turnirinə yekun vurulub.

Fanat.Az xəbər verir ki, doğma meydanda 33 nəfərlik heyətlə mübarizə aparan Azərbaycan komandasının yarışdan qazancı 1 qızıl, 2 gümüş və 4 bürünc medal olub.

Bu nəticə ilə ölkəmiz ümumkomanda hesabında 4-cü yeri tutub.

İlk sırada 5 qızıl, 1 gümüş və 4 bürünc medalla Yaponiya qərarlaşıb. Rusiya ikinci (2 qızıl, 1 gümüş, 2 bürünc), Almaniya üçüncü pillədə yer alıb (2 qızıl, 2 bürünc). 

Kişilərin sıralamasında isə milli Yaponiya və Rusiyanı önə buraxaraq ilk "3-lüy"ü qapayıb.

Qeyd edək ki, üç gün ərzində baş tutan "Böyük Dəbilqə"də 29 ölkədən 195 (128 kişi, 67 qadın) cüdoçu iştirak edib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər