20 noyabr 2020-ci il tarixinədək Ağdam rayonu Azərbaycana qaytarılır.
Fanat.Az xəbər verir ki, bu, Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanmış üçtərəfli bəyanatın 2-ci bəndində qeyd olunub.
Xatırladaq ki, 23 iyul 1993-cü il tarixində erməni Silahlı Qüvvələri Qarabağın ən böyük rayonlarından olan Ağdamı işğal etdilər. Ağdam rayonunun ərazisi 1154 kv.km, əhalisinin sayı isə 164100 mindən çoxdur. Rayonun 122 kəndi var ki, onların da hazırda 87-si işğal altındadır.