Bosniya və Hersoqovinadan Kataloniyaya rəd cavabı

Bosniya və Hersoqovinadan Kataloniyaya rəd cavabı
Bosniya və Hersoqovina Futbol Federasiyası Kataloniya Futbol Federasiyasının yoldaşlıq oyunu keçirmək təklifinə rədd cavabı verib. Fanat.az xəbər verir ki, Bosniya və Hersoqovina Futbol Federasiyası təklifin iki səbəbdən qəbul edilmədiyini açıqlayıb.
"Yoldaşlıq oyunu təklifini qəbul etmiş olsaydıq, baş məşqçimiz Safet Susiç bütün milli oyunçuları heyətə daxil edə bilməyəcəkdi. Çünki bizə təklif olunan tarix FIFA-nın milli komandalar üçün ayırdığı pəncərəyə daxil deyildi. Təklifi qəbul etməməyimizin digər səbəbi siyasi proseslərdi" deyə açıqlamada bildirilir.
Məsələ ilə bağlı İspaniyanın EFE xəbər agentliyinə açıqlama verən Bosniya və Hersoqovina Futbol Federasiyasının baş katibi Yasmin Bakoviç yoldaşlıq oyunu təklifinin təxminən 1,5 ay əvvəl gəldiyini deyib. Federasiya rəsmisi yığmanın baş məşqçisi ilə keçirdikləri görüşdən sonra təklifi qəbul etmədiklərini bildirib: "Təklifi qəbul etmədik. Çünki oyunun ilin sonunda keçirilməsi təklif olunmuşdu. Amma bu tarixdə bütün oyunçularımızı heyətə daxil edə bilməzdik".
Bosniya və Hersoqovinadan rədd cavabı alan Kataloniya Yaşıl Burun Adaları ilə razılığa gəlib. Oyun dekabrın 30-da baş tutacaq.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər