"Beşiktaş"ın müdafiəçisi 1 ay oynamayacaq

"Beşiktaş"ın müdafiəçisi 1 ay oynamayacaq
Superliqada çempionluğa oynayan "Beşiktaş” ciddi itki ilə üzləşib.
 
Fanat.Az xəbər verir ki, "qartallar"ın mərkəz müdafiəçisi Fransisko Montero sıradan çıxıb.
 
Bu barədə sözügedən Türkiyə klubunun mətbuat xidməti məlumat yayıb. İspan futbolçunun Türkiyə kuboku çərçivəsində keçirilmiş "Konyaspor”la görüşdə sol dizindən zədələndiyi bildirilir.
 
Montero azı bir ay yaşıl meydanlardan kənarda qalacaq. O, "Gənclərbirliyi”, "Dənizlispor”, "Yeni Malatyaspor” və "Qaziantep”lə  Superliqa matçlarında forma geyinə bilməyəcək.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər