"Beşiktaş" sabiq oyunçusunu geri qaytardı - RƏSMİ

"Beşiktaş" sabiq oyunçusunu geri qaytardı - RƏSMİ
"Beşiktaş” sabiq futbolçusu Gökhan Töreni yenidən heyətinə qatıb.
 
Fanat.Az xəbər verir ki, məhz İstanbul klubuna qayıtmaq üçün bir müddət öncə "Yeni Malatyaspor”la müqaviləsini pozan 28 futbolçunun transferi bu gün rəsmən açıqlanıb.
 
Töre "qara qartallar”la 1+1 illik müqaviləyə imza atıb. Gökhan köhnə-yeni komandasında "70” nömrəli formanı geyinəcək.
 
Türkiyə millisinin də formasını geyinən Gökhan Töre 2013-2019-cu illər aralığında da "Beşiktaş”ın uğurları üçün çalışıb. O, ötən mövsümün əvvəlində İstanbul klubundan ayrılaraq "Yeni Malatyaspor”la müqavilə imzalamışdı. Bu komandada 28 oyuna çıxan futbolçu 2 qol vurub, 5 məhsuldar ötürmə müəllifi olub.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər