Azərbaycanda daha 1 622 nəfər koronavirusa yoluxdu

Azərbaycanda daha 1 622 nəfər koronavirusa yoluxdu
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1 622 yeni yoluxma faktı qeydə alınıb, 979 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Fanat.Az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 20 nəfər vəfat edib.
İndiyədək ümumilikdə 70 216 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 51 986 nəfər müalicə olunaraq sağalıb, 905 nəfər vəfat edib, aktiv xəstə sayı 17 325 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 796, ötən müddət ərzində isə ümumilikdə 1 479 638 test aparılıb.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər