Azərbaycan millilərinin məşqçiləri məlum oldu - SİYAHI

Azərbaycan millilərinin məşqçiləri məlum oldu - SİYAHI

Azərbaycan Cüdo Federasiyasının iclası keçirilib.

Fanat.Az xəbər verir ki, toplantı zamanı cüdo üzrə Azərbaycan milli komandalarının yeni məşqçilər heyəti təsdiqlənib. Gənclərdən ibarət yığmanın baş məşqçisi Elçin İsmayılov böyüklərdən ibarət komandanın böyük məşqçisi təyin edilib. Həmçinin Mehman Əzizov baş məşqçi Mövlud Mirəliyevin köməkçisi vəzifəsinə gətirilib. Gənclərdən ibarət yığmanın məşqisi Zaur Babayev də işini əsas millidə davam etdirəcək.

Böyüklərdən ibarət komanda

Baş məşqçi: Mövlud Mirəliyev Böyük məşqçi: Elçin İsmayılov Məşqçilər: Mehman Əzizov, Zaur Babayev

Gənclərdən ibarət komanda

Baş məşqçi: Elxan Məmmədov Məşqçilər: Elxan Rəcəbli, Rüstəm Alimli

Yeniyetmələrdən ibarət komanda

Baş məşqçi: Ramiz Ramizzadə Məşqçilər: Emin İskəndərov, Nicat Şıxəlizadə

Qadınlardan ibarət komanda

Baş məşqçi: Rəşad Məmmədov Məşqçi: İmamverdi Məmmədov Məşqçilər (gənclər): Vüqar Hüseynov, Kifayət Qasımova Məşqçi (yeniyetmələr): Elnur İsmayılov.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər