Azərbaycan beş pillə gerilədi

Azərbaycan beş pillə gerilədi

Polşada keçirilən III Avropa Oyunlarının beşinci günündən sonra Azərbaycanın aktivindəki medalların sayı dəyişməyib.

Fanat.Az xəbər verir ki, komandamız 2 qızıl, 1 gümüş və 2 bürünc medalla ümumi sıralamada 5 pillə geriləyərək 15-ci sıraya enib.

İlk "3-lük"də də dəyişiklik baş verməyib. Medal əyarına görə sıralamaya əvvəlki kimi İspaniya (13 qızıl, 8 gümüş, 8 bürünc) başçılıq edir. İtaliya (11 qızıl, 12 gümüş, 15 bürünc) ikinci pillədəki yerini qoruyub. Ukrayna 3-cüdür (9 qızıl, 6 gümüş, 3 bürünc).

İndiyədək ümumilikdə 38 ölkə medal qazana bilib.

Qeyd edək ki, Azərbaycan yığması medallarını 2 növdə – karate (2 qızıl, 1 bürünc) və taekvondoda (1 gümüş, 1 bürünc) əldə edib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər