Azərbaycan 81 ölkə arasında 15-ci oldu

Azərbaycan 81 ölkə arasında 15-ci oldu

Azərbaycan cüdoçuları Portuqaliyanın Almada şəhərində keçirilən Qran-Pri turnirini bir gümüş medalla başa vurub.

Fanat.Az xəbər verir ki, yarışa 15 nəfərlik heyətlə qatılan millimizə yeganə mükafatı kişilərin 81 kq çəki dərəcəsində mübarizə aparan Elcan Hacıyev qazandırıb.

Bu nəticə ilə ölkəmiz  81 komanda arasında 15-ci olub. İlk pilləni 4 qızıl, 1 gümüş, 1 bürünc medalla Cənubi Koreya tutub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər