AZAL bu günü 344 gün gözlədi

AZAL bu günü 344 gün gözlədi

AZAL-ın ev oyunlarındakı qələbəsiz oyunlar seriyası başa çatıb. Fanat.az xəbər verir ki, bu gün "Sumqayıt"ı 3:2 hesabı ilə yenən "təyyarçilər" uzun müddət davam edən həsrətə son qoyub.

AZAL sonuncu dəfə evdə ötən ilin 20 dekabrında "Neftçi" ilə keçirilən matçda qələbə qazanmışdı - 2:1. Həmin vaxtdan doğma meydanda 15 oyuna çıxan Bakı klubu 8 heç-heçə etmiş və 7 dəfə məğlub olmuşdu. Bu gün "Sumqayıt"ı 3:2 hesabı ilə yenən AZAL 344 gündən sonra evdə qələbə sevinci yaşayıb.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər