Aylton "Rəvan"a qarşı oynamayacaq

Aylton "Rəvan"a qarşı oynamayacaq
AZAL daha bir itki ilə üzləşib. Fanat.az xəbər verir ki, paytaxt klubunun baş məşqçisi Vaqif Sadıqov "Rəvan"la oyunda Ayltonun xidmətindən yararlana bilməyəcək.
Buna səbəb onun sarı vərəqə limitini doldurması olub. "Xəzər Lənkəran"la oyunun 61-ci dəqiqəsində perspektivli hücumun qarşısını aldığına görə sarı vərəqə alan braziliyalı cəzalı duruma düşüb.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər