Avropada bu mövsüm 57 matç qumara qoyulub

Avropada bu mövsüm 57 matç qumara qoyulub

Avropada oyun alqı-satqısına qarşı mübarizə aparan Federbet Fondu maraqlı faktlar aşkarlayıb. Fanat.az xəbər verir ki, qurum Avropa Parlamentinə təqdim etdiyi hesabatda 2013/14 mövsümünün başladığı avqust ayından bəri 57 oyunun nəticəsinin əvvəlcədən müəyyənləşdirildiyi, 150 qarşılaşmanın isə şübhəli olduğu bildirilib.

 

Hesabatda oyun alqı-saqtısının ən çox qeydə alındığı ölkələrin Cənubi Kipr, İngiltərə, Latviya, Litva, İsveç və İtaliya olduğu qeyd edilir. Bunlarla yanaşı, 2 basketbol, 3 tennis və 1 həndbol matçının da nəticəsinin əvvəlcədən müəyyənləşdirildiyi məlum olub.

Oyun alqı-satqısı faktı İspaniyada da aşkarlanıb. Bu ölkənin 3-cü liqasının "Konstankia" - "Nastik" və qadınlar liqasının "Real Sosyedad" - "Qranada" matçlarının qumara qoyulduğu müəyyənləşib. İspaniya Peşəkar Futbol Liqasının rəsmisi Rikardo Resta jurnalistlərə açıqlamasında "Oyun alveri ilə məşğul olan mafiya qrupları İspaniyada görünməyə başlayıb. Qeyri-rəsmi bukmeker kantorlarının ölkəmizə girməyə çalışdığını bilirik" deyib.

Resta ötən mövsüm 3-cü liqada 6, 2-ci liqada 3 matçın şübhəli oyunlar siyahısına düşdüyünü və İspaniya polisinin faktları araşdırdığını bildirib.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər