Aqil Məmmədov: "Baxımlı oyun olmadı"

Aqil Məmmədov: "Baxımlı oyun olmadı"

Aqil Məmmədov "İnter"lə oyunla (0:0) bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, "Sumqayıt"ın baş məşqçisi baxımlı oyun oynamadıqlarını deyib:

"İnter" bizim üçün çətin rəqiblərdən biridi. Bu komandaya qarşı oynamaq bizim üçün həmişə çox çətin olub. 5 oyundu ki, uduzurduq. Bu gün bir xal qazandıq. Baxımlı oyun olmadı. Amma azarkeşlər bizi dəstəklədilər. Fanatlara təşəkkür edirəm. Biz ardıcıl 5 oyunda uduzsaq da, heç vaxt hücum futbolundan imtina etmədim, müdafiədən oynamadıq. Bu turdan sonra çempionatda fasilə yaranacaq. Həmin müddət ərzində çatışmazlıqları aradan qaldırmağa çalışacağıq".

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər