21 yaşadək futbolçulardan ibarət milli komandalar arasında keçirilən Avropa çempionatı davam edir.
Fanat.Az xəbər verir ki, bu gün 1/4 finalda İngiltərə və Portuqaliya milliləri qarşılaşıb.
Gürcüstanın Kutaisi şəhərində keçirilən matçda İngiltərə millisi 1:0 hesablı qələbə qazanıb. Yeganə qolu 34-cü dəqiqədə Entoni Qordon vurub.
Yarımfinala yüksələn İngiltərə yığması burada İsraillə üz-üzə gələcək. Yarımfinalın digər iştirakçısı İspaniyanın rəqibi isə bu gün keçirilmiş Fransa - Ukrayna matçından sonra bəlli olub. Ukraynalılar dörd qolun qeydə alındığı bu oyundan 3:1 hesablı qələbə ilə ayrılıblar. Son mövsümü “Sabah”da keçirmiş Aleksey Kaşukun da formasını geyindiyi Ukrayna millisində Georgi Sudakov dubl edib, digər qolu Artyom Bondarenko vurub. Fransızların heyətində isə Matis Çerki fərqlənib.