AVRO-2016-nın seçmə mərhələsi çərçivəsində noyabrın 16-da “Bakcell Arena”da Norveç yığması ilə qarşılaşacaq Azərbaycan milli komandasının bugündən etibarən təlim-məşq toplanışı başlayıb. Fanat.az xəbər verir ki, milli komanda təlim-məşq toplanışı çərçivəsində yoxlama oyunu keçirəcək.
Rəqib 21 yaşadək futbolçulardan ibarət milli komandamız olacaq. Matç noyabrın 9-da İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda keçiriləcək və saat 15.30-da başlayacaq.
Qeyd edək ki, U-21 A milli kimi bu gündan Bakıda təlim-məşq toplanışına başlayıb. Noyabrın 10-dək paytaxtda hazırlıq keçəcək komanda ayın 11-dən 17-dək Maltanın Valetta şəhərində təlim-məşq toplanışında olacaq. Hazırlıq prosesi çərçivəsində yığmamız noyabrın 16-da “Hibernians” stadionunda Maltanın U-21 yığma komandası ilə yoldaşlıq oyunu keçirəcək.
Fanat.az