Almaniyanın Regional Liqasında XI turun oyunları keçirilir. Fanat.az xəbər verir ki, Taşkın İlterin çıxış etdiyi Braunşveyq "Ayntraxt"ının U-23 komandası "Oldenburq"u qəbul edib.
Oyun qonaq komandanın 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Taşkın start heyətində yer alıb və fasilədə Haris Hüseyni tərəfindən əvəzlənib.
Qeyd edək ki, Regional Liqanın Şimal zonasında çıxış edən "Ayntraxt" 15 turdan sonra 22 xalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.
Fanat.az