Almaniyanın Regional Liqasında növbəti turun oyunları keçirilir. Fanat.az xəbər verir ki, 21 yaşadək futbolçulardan ibarət millimizin üzvü Bilal Sezerin çıxış etdiyi "Borussiya"nın (Münhenqladbax) U-23 komandası "Rot-Veiss Oberhauzen"i qəbul edib.
Oyun qonaq komandanın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Bilal start heyətində yer alıb və 90 dəqiqə oynayıb.
Qeyd edək ki, Regional Liqanın Qərb zonasında çıxış edən "Borussiya" 14 turdan sonra 24 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.
Fanat.az