2013-ün rəmzi komandasına 40 namizəd

2013-ün rəmzi komandasına 40 namizəd

UEFA bu il 13 dəfə düzənlənəcək ilin rəmzi komandasına namizədlərin adlarını açıqlayıöb. Fanat.ax xəbər verir ki, qurumun internet saytı vasitəsi ilə yanvarın 9-u, Bakı vaxtı ilə saat 17.00-dək keçiriləcək sorğuda 14 klub və 20 ölkədən 40 futbolçuya səs verə bilər.

Siyahıda ən çox futbolçu ilə "Bavariya" təmsil olunub. Çempionlar Liqasının son qalibinin 9 üzvü ən yaxşı "11-liy"ə düşməyə namizəddi. 

Qapıçılar: Petr Çex (Çelsi), Tibaut Kourtois (Atletiko), David de Gea (Mançester Yunayted), Manuel Neuer (Bavariya).

Müdafiəçilər: David Alaba, Dante, Filip Lam (hamısı "Bavariya"), Giorgio Çiellini, Stephan Lixtsteyner (ikisi də "Yuventus"), Mats Hummels (Borussiya Dortmund), Branislav İvanoviç (Çelsi), Filipe Luis (Atletiko), Vinsent Kompani (Mançester Siti), Cerard Pike (Barselona), Serxio Ramos (Real), Tiaqo Silva (PSJ).

Yarımmüdafiəçilər: Frank Riberi, Aryen Robben, Bastian Şvaynsteyger (hamısı "Bavariya"), Qaret Beyd, İsko (ikisi də "Real"), İlkay Gündoğan, Marko Reus (ikisi də "Borussiya" Dortmund), Mesut Özil (Arsenal), Paul Poqba (Yuventus), Nemanya Matiç (Benfika), Blayse Matuidi (PSJ), Yaya Ture (Mançseter Siti).

Hücumçular: Mario Mandzukiç, Tomas Müller (ikisi də "Bavariya"), Edinson Kavani, Zlatan İbrahimoviç (ikisi də PSJ), Serxio Aquero (Mançester Siti), Dieqo Kosta (Atletiko), Radamel Falkao (Monako), Robert Levndovski (Borussiya Dortmund), Ceekson Martines (Portu), Robin van Persi (Mançester Yunayted), Lionel Messi (Barselona), Kriştiano Ronaldo (Real).

Qeyd edək ki, 2012-ci ilin rəmzi komandası belə olmuşdu: İker Kasilyas - Serxio Ramos, Cerard Pike, Tiaqo Silva, Filip Lam - Andres İnyesta, Xavi, Andrea Pirlo, Mesut Özil - Lionel Messi, Kriştiano Ronaldo.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər