Uesli Sneyder və həyat yoldaşı Yolante Kabau dünən İstanbuldakı restoranların birində axşam yeməyinə çıxıblar. Fanat.az xəbər verir ki, cütlüyün sürpriz bir qonağı olub.
Belə ki, məşhur aktyor Kıvanç Tatlıtuğ da onlarla birlikdə şam edib. Türkiyə mətbuatının məlumatına görə, Nermin Bezmenın romanın motivləri əsasında çəkiləcək “Kurt Seyd&Shura” adlı serialda Kıvançla Kabau baş rolları oynayacaq. Onlar məhz bu məqsədlə bir araya gəliblər.
Kabau Kıvançla birlikdə çəkilmiş şəkillərini sosial mediada paylaşıb. Azarkeşlərdən biri isə Tatlıtuğun “Aşk-ı Memnu”dakı roluna işarə edərək fotonun altından bu şərhi yazıb: “Kıvançı yengəmizdən uzaq tutun. Kıvanç yengə sevər, diqqətli olun”.