Noyabrın 24-də "Xəzər TV"də "Futbol saatı"nın növbəti buraxılışı yayımlanıb. Fanat.az xəbər verir ki, bu dəfə qonaq qismində Hakimlər Komitəsinin Sədri Xaqani Məmmədov, "Sumqayıt"ın baş meneceri Ceyhun Sultanov və "Xəzər TV"nin əməkdaşı Ceyhun Rzayev olub.
Sənan Abdullayevin təqdimatında yayımlanan verilişdə əsasən ciddi hakim səhvləri ilə yadda qalan 12-ci turun oyunları müzakirə edilib. Eyni zamanda "Böyük oyun"a da yer ayrılıb. Verilişdə xüsusilə hakim qərarlarının müzakirəsi gərgin alınıb. Rekord.az sizə tam videonu təqdim edir.
Fanat.az