Vladislav Qədirov “Bakı” ilə oyunla bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, “Rəvan”ın baş məşqçisi 5 qol buraxan qapıçını tərifləyib:
“Rəqibi təbrik edirəm. Ağır məğlubiyyət aldıq. İlk dəqiqələrdə qol buraxmağımız pis oldu. Aparıcı oyunçumuz Miloş Adamoviç cəzalı olduğundan bu günkü oyunda iştirak edə bilmədi. 5 top buraxmağımıza baxmayaraq, qapıçımızın oyununu qeyd etməliyəm, yaxşı oynadı. Komandamız öz üzərində işləməlidi”.