Virtual dünyanın kralı Ronaldo!

Virtual dünyanın kralı Ronaldo!
Futbolçular yaşıl meydandanlarda olduğu kimi virtual aləmdə də rəqabət aparır. Fanat.az xəbər verir ki, "Qızıl buts" mükafatını 4 dəfə qazanan Lionel Messi, mükafata bir dəfə sahib çıxan Kriştiano Ronaldo, ötün mövsüm Almaniyada və Avropada bütün kubokları başı üzərinə qaldıran Frank Riberi dünya futbolunun ən böyük mükafatını qazanmağa ən real namizədlər hesab olunsalar da, sosial mediada rəqabət eyni səviyyədə yaşanmır.
Hazırda Ronaldo virtual aləmdə bütün həmkarlarını üstləyir. Portuqaliyalı ulduzun sosial mediada 90 milyona yaxın izləyicisi var. "Real"ın futbolçusunu "Twitter"də 23 milyon 107 min, "Facebook"da da 66 milyon 820 min nəfər izləyir. 
Ronaldonun yaşıl meydanlardakı ən böyük rəqibi Lionel Messii isə ondan çox geri qalır. Argentina və "Barselona"nın ulduzunun "Facebook"da 51 milyon 120 min izləyicisi var. Ronaldo və Messini karyerasını "Milan"da davam etdirən Kaka izləyir. Braziliyalının "Twitter" və "Facebook"da 42 milyon 235 izləyicisi var. 
Sosial mediada ən çox izləyicisi olan futbolçular arasında Cənubi Amerika və İspaniyadan olan ulduzlar çoxluq təşkil edir.

№

Furbolçu

Klubu

Twitter

Facebook

Cəmi

1

K.Ronaldo

Real

23.107.000

66.820.000

89.927.000

2

Lionel Messi

Barselona

51.120.000

----

51.120.000

3

Kaka

Milan

17.535.000

24.700.000

42.235.000

4

Neymar

Barselona

9.275.000

16.823.000

26.098.000

5

A.İnyesta

Barselona

7.575.000

15.768.000

23.343.000

6

Ueyn Runi

M.Y.

7.681.000

15.426.000

23.107.000

7

Ronaldinyo

A.Mineyro.

8.015.000

11.550.000

19.565.000

8

Məsut Özil

Arsenal

4.385.000

14.112.000

18.497.000

9

David Vilya

Atletiko

5.070.000

11.865.000

16.935.000

10

Cerard Pike

Barselona

7.440.000

9.335.000

16.775.000

11

İker Kasilyas

Real

13.686.000

----

13.686.000

12

Karles Puyol

Barselona

5.915.000

7.270.000

13.185.000

13

Serxio Ramos

Real

4.006.000

6.833.000

10.839.000

14

Qaret Beyl

Real

2.188.000

8.317.000

10.505.000

15

R.Falkao

Monako

3.801.000

5.885.000

9.686.000

16

Z.İbrahimoviç

PSJ

9.585.000

----

9.585.000

17

Kesk Faberqas

Barselona

6.015.000

3.200.000

9.215.000

18

Robin van Persi

M.Y.

4.160.000

4.267.000

8.427.000

19

Rio Ferdinand

M.Y.

4.491.000

3.373.000

7.864.000

Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər