AZAL-ın yarımmüdafiəçisi Viktor İbekoyinin durumuna tam aydınlıq gəlib. Fanat.az xəbər verir ki, “Bakı” ilə Premyer Liqanın XXV turu çərçivəsində keçirilmiş oyunun ilk hissəsində ayağından zədələnən nigeriyalı xavbek 2 həftə oynamayacaq.
Onun sol bud əzələsinin ön hissəsində qismi yırtıq aşkarlanıb. Bu səbədən İbekoyi Azərbaycan Kubokunun “Neftçi”ilə cavab 1/4 final qarşılaşmasında və Premyer Liqanın XXVI turunda “Xəzər Lənkəran”a qarşı keçiriləcək görüşdə meydana çıxa bilməyəcək. Hazırda reabilitasiya ilə məşğul olan Viktor terapiya müalicəsi alır.
Fanat.az