Vaqif ehtiyada qaldı, Rəhman heyətə düşmədi

Vaqif ehtiyada qaldı, Rəhman heyətə düşmədi

Türkiyənin PTT 1-ci liqasında XI turun oyunlarına start verilib. Fanat.az xəbər verir ki, Vaqif Cavadov, Rəhman Hacıyev və Ufuk Budakın çıxış etdiyi "Qaziantep BB" "Samsunspor"un qonağı olub.

Oyun qonaq komandanın 4:1 hesablı qələbəsi ilə yekunlaşıb. Vaqif Cavadov "18-liy"ə düşsə də, ehtiyatda qalıb. Ufuk Budak 89 dəqiqə oynayıb. Rəhman Hacıyev isə "18-lik"dən kənarda qalıb. 

"Samsunspor"un heyətində isə "Xəzər Lənkəran"ın sabiq üzvü Mbilla Etame 90 dəqiqə oynayıb və 90-cı dəqiqədə sarı vərəqə alıb.

Qeyd edək ki, "Qaziantep BB" 11 turdan sonra 11 xalla turnir cədvəlinin 12-ci pilləsində qərarlaşıb.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər