Robin van Persi "Mançester Yunayted"i tərk edə bilər. Fanat.az xəbər verir ki, ötən mövsümün əvvəlində "Arsenal"dan transfer olunan holland ulduzun Mançester təmsilçisində xoşbəxt olmamasıdı.
Buna səbəb yeni baş məşqçi David Moyesdi. Ötən mövsüm vurduğu 26 qolla "Mançester Yunayted"in çempionluğunda önəmli rol oynayan van Persi Aleks Ferqyusonun gedişindən sonra heyətə düşməkdə çətinlik çəkir. İngiltərə mətbuatı iddai edir ki, hücumçu qışda komandanı tərk edə bilər.
Qeyd edək ki, van Persi cari mövsümdə ilk dəfə dünən keçirilən "Mançester Yunayted" - "Nyukasl" matçında (0:1) start heyətində meydana çıxıb.
Fanat.az