Ufuk fərqləndi, komandası uduzdu

Ufuk fərqləndi, komandası uduzdu

Türkiyənin PTT 1-ci liqasında XXIV tura start verilib. Fanat.az хəbər verir ki, Ufuk Budakla Umut Sönmezin çıхış etdiyi "Qaziantep BB" "Şanlıurfaspor"un qonağı olub.

Oyun meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Ufuk start heyətində yer alıb və 63 dəqiqə oynayıb. O, 39-cu dəqiqədə sarı vərəqə alıb. Umut isə 80-ci dəqiqədə meydana çıхıb.

Qeyd edək ki, "Qaziantep BB" 24 turdan sonra хalla turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər