İran çempionatında XVII turun oyunları keçirilib. Fanat.az xəbər verir ki, bu turda Təbriz derbisi baş tutub.
Belə ki, "Qostareş-Fulad" "Traktorsazi"ni qəbul edib. Hesabı 66-cı dəqiqədə meydan sahiblərindən Cavad Kazemeyan açıb. 73-cü dəqiqədə qırmızhı vərəqə alan Xaled Şafyey meydan sahiblərini azlıqda qoyub. 80-ci dəqiqədə Mehdi Kiani "Traktorsazi"nin ikinci qolunu vurub. Son dəqiqədə isə Meysam Nağızadə "Qostareş-Fulad"ın təsəlli qoluna imza atıb.
Bu qələbə sayəsində xal hesabını 32-yə yüksəldən "Traktorsazi" birinci pillədəki mövqeyini qoruyub. İkinci pillədə qərarlaşan "Neft"in də eyni xalı var. "Qostareş-Fulad" isə 18 xalla 11-ci pillədə qərarlaşıb.
Fanat.az