Tayson dişləyib qopartdığı qulağı 16 il sonra geri qaytardı - VİDEO

Tayson dişləyib qopartdığı qulağı 16 il sonra geri qaytardı - VİDEO
Əfsanəvi boksçu Mayk Taysonun 1997-ci ildə rinqdə rəqibinin qulağını qopartması bütün dünyada hadisə olmuşdu. Boksçu 16 il sonra qopardığı qulağı sahibinə qaytarıb.
Qulağını qopardığı rəqibi Evander Hoyfild ilə bir reklam filmində bir araya gələn Tayson qapısını döydüyü rəqibinə bir hədiyyə qutusu uzadaraq içindəki qulağı geri qaytararır. Reklamda Tayson Hoyfildə bu sözləri deyir: "Qulağını geri ala bilərsən, onu xarab olmamaması üçün bu qədər müddətdə "Formaldehit" içində saxladım".
Qeyd edək ki, Tayson 6 ay əvvəl keçmiş rəqibiylə verlişlərin birində barışmış və onu çox sevdiyini ifadə etmişdi. Onu da bildirək ki, Tysonun 16 il əvvəlki hadisədən sonra boks rinqinə çıxması müddətə qadağan edilmişdi.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər