Syomin DÇ-2014-ün püşkünü dəyərləndirdi

Syomin DÇ-2014-ün püşkünü dəyərləndirdi
"Püşkün nəticəsini normal saymaq olar. Ümumiyyətlə dünya çempionatında zəif komanda olmur. Ancaq yenə də qrupumuzda ən zəif rəqib kimi Əlcəzairi göstərmək olar. Hər şey Rusiya millisinin turnirə hazırlığından asılı olacaq". Fanat.az xəbər verir ki, bu sözləri DÇ-2014-ün püşkatmasını dəyərləndirən "Qəbələ"nin baş məşqçisi Yuri Syomin deyib.
Baş məşqçi Rusiyanın yer aldığı qrupu dəyərləndirib: "Belçika millisi güclü rəqibdi. Onların püşkdən öncə I səbətdə yer almaları bunu deməyə əsas verir. Bir neçə il bundan öncə onlarla qarşılaşmışdıq və yaxşı təsir bağışlamışdılar. Belçika gənc və istəkli komandadır və mundialda sürpriz edə bilərlər. Cənubi Koreya millisi fiziki cəhətdən çox güclüdü. Çox çalışqan, sürətli və aqressiv komandadı. Son yoldaşlıq oyunları da onların necə təhlükəli rəqib olduğunu göstərdi. Düşünürəm ki, koreyalılara qaşı oynamaq çətin olacaq. Əlcəzair haqda nəsə demək çətindi. Düzdü, futbolçularımızın Afrika yığmaları ilə oynamaq təcrübəsi var. Ötən il Fil Dişi Sahili ilə yoxlama oyununda qüvvəmizi sınamışdıq. Ancaq Əlcəzair millisi nə Fil Dişi Sahili, nə də Nigeriyadı".
Syomin sonda DÇ-2014-ün ən çətin "dörd"lüyü kimi D qrupunu fərqləndirib: "DÇ-2014-ün ən çətin qrupu D qrupu oldu. Burada Uruqvay, Kosta Rika, İtaliya və İngiltərə kimi yığmalar qərarlaşıb. Həmin görüşləri izləmək çox maraqlı olacaq".
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər