Türkiyənin PTT 1-ci liqasında XVII turun oyunları keçirilir. Fanat.az xəbər verir ki, Branimir Subaşiçin forma geyindiyi "Orduspor" "Bucaspor"u qəbul edib.
Oyun 1:1 hesabı ilə başa çatıb. Subaşiç start heyətində yer alıb və 89-cu dəqiqədə Reha Kurt tərəfindən əvəzlənib.
Qeyd edək ki, "Orduspor" 16 oyundan sonra 33 xalla turnir cədvəlinə başçılıq edir.
Fanat.az