Futbol üzrə Türkiyə PTT Birinci Liqasında yeni mövsümün ilk turunun oyunları keçirilib. Fanat.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Branimir Subaşiçin heyətində yer aldığı “Orduspor” klubu da ilk matçına çıxıb.
Həmyerlimizin komandası açılış turunda “Adanaspor”la qarşılaşıb. Görüş “Orduspor”un 4:0 hesablı qələbəsiylə başa çatıb. Həmyerlimiz start heyətdə meydana buraxılıb və sonadək mübarizə aparıb.