"Liverpul" "Arsenal" və "Real"ın israrla istədiyi Luis Suaresi heyətində saxlamağa çalışır. Fanat.az xəbər verir ki, klub rəhbərliyi uruqvaylı forvardı Premyer Liqanın ən çox qazanan futbolçusuna çevirməyə hazırlaşır.
Həftəiçi "Norviç"lə keçirilən oyunda 4 qol vuran və 1 məhsuldar ötürmə verən Suaresə mövsümün sonunda yeni müqavilə təklif olunacaq. Uruqvaylı futbolçuya təklif olanacaq maliyyə şərtləri aççıqlanmasa da, bunu qəbul edəcəyi halda onun Premyer Liqada ən çox qazanan oyunçu olacağı deyilir.
Qeyd edək ki, hazırda Premyer Liqanın ən çox qazanan futbolçusu Eden Hazarddı.
Fanat.az