Stadionda yaralanan azarkeşin həkimi danışdı - VİDEO

Stadionda yaralanan azarkeşin həkimi danışdı - VİDEO

"Qarabağ" - "Dnepr" oyunu zamanı baş vermiş bədbəxt hadisənin bəzi təfərrüatları bəlli olub. ANS PRESS-in hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, stadionun 11-ci sektoruna buraxılışı nəzərdə tutan dəmir qapı Sabir Mirzəyev adlı şəxsin başına düşüb. 

Stadionun girişində sıxlıq yarandığına və dəmir qapının köhnə olmasına görə, hadisə baş verib. Köhnə qapı insan sıxlığına tab gətirməyərək aşıb.

Yaralı gənc təcili tibbi yardımla 1 saylı şəhər xəstəxanasına aparılıb. Məlum olub ki, qəza nəticəsində xəsarət alan Sabir Mirzəyev başından travma alıb, onun bud nahiyəsi sınıb. Bu barədə 1 saylı şəhər Kliniki xəstəxanasının həkimi Şəmsi Əhmədov məlumat verib.

Onun sözlərinə görə, Sabir Mirzəyev xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Onun vəziyyəti orta ağır qiymətləndirilir. Həkim onun evə nə vaxt buraxılacağının hələlik dəqiq bilinmədiyini dedi.

Qaynar.ino

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər