Sneyderin arvadı hansı seriala çəkilmək istəyir?

Sneyderin arvadı hansı seriala çəkilmək istəyir?
"Mən həyatımızı necə yaşayacağımızı müəyyənləşdirərkən Ueslinin karyerasını ilk sıraya qoydum. Onun seçiminə həmişə hörmətlə yanaşdım. İstanbula gedərkən də dəstək verdim. Türkiyəyə istəyərək getdim. Tanrı bilir ki, o, məim üçün hər şeydən əzizdi". Fanat.az xəbər verir ki, bu sözləri Uesli Sneyderin həyat yoldaşı Yolante Kabau deyib.
Aktrisa ərinin "Qalatasaray" - "Yuventus" matçında vurduğu qolla bağlı da fikir bildirib: "Onunla fəxr edirəm. Bu performansının bundan sonra da davam edəcəyinə inanıram".
Kabau "Muhteşem Yüzyıl" serialına çəkilmək istədiyini etiraf edib: "Futbolçuluğun bəlli bir ömrü var. Bəllmi bir yaşa qədər oynaya bilirsiniz. Bu səbəbdən Ueslinin karyerası mənim üçün həmişə birinci sıradadı. Amma təbii ki, mən də boş dayanmıram. Türkiyədə üzərində çalışdığım işlər var. Seriallara da çəkilmək niyyətim var. Məsələn, Türkiyədə Osmanlı dönəminə aid bir serial var (Muhteşem Yüzyıl), orda çəkilmək istəyirəm. Amma bunlar üçün öncəliklə türk dilini öyrənməliyəm".
Sneyderin arvadı türk dilini öyrəndiyini bildirib: "Türk dilini öyrənmək üçün kursa gedirəm. Etiraf edim ki, asan deyil. Uesli də yavaş-yavaş türk dilini öyrənir. Yeni bir cümlə öyrəndikdə bütün gün təkrar edir. Dil öyrənmək baxımından məndən daha istedadlılıdı. İspaniyada və İtaliyada olarkən o ölkələrin dillərini tez öyrənmişdi".
Yolante 2014-cü ildə ana olmaq istədiyini də bildirib.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər