Sneyder arvadını tək qoydu

Sneyder arvadını tək qoydu
"Qalatasaray"ın holland ulduzu Uesli Sneyder vətənində yayımlanacaq və həyat yoldaşı Yolante Kabau ilə birlikdə qatılmalı olduğu "reality show"dan imtina edib. Fanat.az xəbər verir ki, bu barədə proqramı yayımlayacaq SBS6 kanalı açıqlama yayıb.
"Uesli hazırda bütün diqqətini "Qalatasaray"dakı karyerasının uğurlu alınmasına yönəldib. Futbolçu bizə qarşıdakı dünya çempionatında Hollandiya millisinin formasını geyinmək istədiyini bildirdi. Bu səbəbdən proqrama qatılmaq istəmir. Proqram Uesli Sneyderin həyat yoldaşı Yolante Kabaunun həyatını anladacaq" deyə kanalın açıqlamasında bildirilir.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər