Sevgilisi Riva Stinkampı öldürməkdə ittiham olunan Cənubi afrikalı atlet Oskar Pistoriusun məhkəmə prosesi yekunlaşmaq üzrədi. Fanat.az xəbər verir ki, Pretoria məhkəməsinin dövlət ittihamçısı əlil idmançıya 25 il həbs cəzası istəyib.
Müstəntiqlər London olimpiadasında 400 və 4×400 metrə qaçış yarışlarına qatılaraq, olimpiya oyunlarında iştirak edən ilk əlil idmançı kimi tarixə düşən Pistoriusu qəsdən adım öldürmə və qanunsuz silah saxlama maddələri ilə ittiham edib. İddianamədə onun 14 fevralda (Sevgililər günü) sevglisini hamamda odlu silahla qətlə yetirdiyi qeyd olunur, həmçinin polisin 6 ay ərzində topladığı sübutlar və 100-ə yaxın şahidin ifadələri yer alır.
Hakim Desmond Nair Pistoriusun məhkəməsinin gələn ilin 3 martında davam etdiriləcəyini və martın 20-dək davam edəcəyini bildirib.