Bu gün “Şəfa”da baş tutan “İnter” – “Neftçi” oyunundan sonra tərəflər arasında insident yaşanıb. Fanat.az xəbər verir ki, matç başa çatınca paltardəyişmə otağına yollanan futbolçuların qarşıdurmasına “bankirlər”in mühafizə xidmətinin əməkdaşları da qarışıb. “Ağ-göylər”in bolqar prezidenti Georgi Nikolov da hadisələrin inkişaf mərkəzindən kənarda qalmayıb.
Sərxoş vəziyyətdə olan prezident aranı sakitləşdirmək əvəzinə qonaq komandanın nümayəndələrindən birinin yaxasından yapışıb. Nikolovun hücumuna məruz qalan şəxsin kimliyi bilinmir.
Xatırladaq ki, paytaxt derbisi meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Fanat.az