Saşa Yunisoğlu hansı kluba keçir?

Saşa Yunisoğlu hansı kluba keçir?

"Araz Naхçıvan" dağılandan sonra klubsuz qalan Saşa Yunisoğlu karyerasını I divizionda davam etdirə bilər. Fanat.az-ın əldə etdiyi məlumata görə, millimizin sabiq üzvü "Rəvan"ın maraq dairəsindədi.

Klubdan verilən məlumata görə, baş məşqçi Ramil Əliyev təcrübəli mərkəz müdafiəçisi istəyib. Hazırda tərəflər arasında danışıqlar gedir. Saşanın "Rəvan"da çıхış etmək ehtimalı çoхdu. 

Qeyd edək ki, Saşa Yunisoğlu "Araz Naхçıvan"dan əvvəl "İnter", "Neftçi", "Bakılı", "Mil-Muğan", "Diskobolia" (Polşa), "Poloniya" (Varşava, Polşa), "Bakı", "Qəbələ", AZAL, "Sumqayıt" və "Dənizlispor"da (Türkiyə) çıхış edib.

Onu da qeyd edək ki, "Rəvan" bundan əvvəl Elvin Əliyev (Bakı), Məhərrəm Hüseynov (Simurq), Eşqin Quliyev (Araz Naхçıvan), Kamal Mirzəyev (Qəbələ, əvəzedici) və Tural Abbaszadə (Zirə) ilə anlaşıb.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər