Saşa ən yaxşı oldu, Arif “2″, Fərid “1″ aldı

Saşa ən yaxşı oldu, Arif “2″, Fərid “1″ aldı

Dünən Türkiyənin PTT 1-ci liqasının I turunun oyunları keçirildi. Həmin oyunlardın ikisində 3 futbolçumuz meydana çıxdı.

Saşa Yunisoğlu və Arif İsayevin çıxış etdiyi “Dənizlispor” “Qaziantep”ə 0:1 hesabı ilə yenildi. Start heyətində meydana çıxan və 90 dəqiqə oynayan Saşadan fərqli olaraq, Arif İsayev 69-cu dəqiqədə mübarizəyə qoşulub. “Milliyət” qəzeti Yunisoğlunun oyununu 3 ulduzla qiymətləndirib. Bu komandada ən yüksək göstərici olub və ondan başqa sadəcə Ahmetə 3 ulduz verilib. İsayevin qiyməti isə 2 ulduz olub.

Fərid Quliyevlə Murad Axundzadənin çıxış etdiyi “Kahramanmaraşspor” isə səfərdə “Bucaspor”a yenildi – 1:2. Murad meydana çıxmasa da, Fərid 73-cü dəqiqədə mübarizəyə qoşuldu. “Milliyət” futbolçumuzun oyununu 1 ulduzla qiymətləndirib.

Qeyd edək ki, “Tavşanlı Linyitspor”da Andrey Popoviçlə Usim Nduka, “Fethiyespor”da Davud Kərimi ilk turda oynamayıb. Branimir Subaşiçin çıxış etdiyi “Orduspor” bu gün “Adanaspor”un qonağı olacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər