Azərbaycan yığmasının və “Rubin”in yarımmüdafiəçisi Ruslan Abışov Kazan klubunun uşaq komandalarının görüşünə gəlib. Fanat.az xəbər verir ki, futbolçumuz uşaqlarla söhbət zamanı onların suallarını cavablandırıb.
Abışov Abışov futbol karyerasını bitirdikdən sonra məşqçi işləməyəcəyini və biznes sahəsinə gedəcəyini etiraf edib: "Karyeramı bitirdikdən sonra nə ilə məşğul olacam? Futbolçu karyeramı 35 yaşımda tamamlamağı və biznesmen olmağı planlaşdırıram. Məşqçi olacammı? Yox, bu çətin işdi. Uşaqlarım futbolla məşğul olacqlarmı? Futbolu sevməsələr, məcbur edən deyiləm. Mən uşaq olanda həmişə futbola baxırdım. Kumirim ispaniyalı Fernando Yerro idi. İndi isə Serxio Ramos və Xabi Alonsodan xoşum gəlir".
Fanat.az